Reklam

Yoluxanların bu günə olan statistikası

Reklam


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 95 yeni yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində COVID-19-dan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 336 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 380 nəfər müalicə olunaraq sağalıb, 4 977 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 961 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 428, bu günə qədər isə ümumilikdə 3 778 410 test icra olunub.

Rəy yazın