Reklam

Koronavirusdan betər "pandemiya" - Boşanmaların sayında artım davam edir...

Reklam


Bu ilin ilk altı ayı ərzində Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, 2021-ci ilin altı ayı ərzində qeydiyyat şöbələri tərəfindən 23 231 nikaha daxilolma və 8 168 boşanma halı qeydə alınıb.

Əhalinin hər 1 000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,6-dan 4,7-yə, boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artıb.

Rəy yazın