Reklam

Bakı əhalisinin sayı AÇIQLANDI

Reklam

Bakı şəhər Statistika İdarəsi paytaxt əhalisinin 2021-ci ilin əvvəlində qeydə alınan sayını açıqlayıb.

Atesh.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, cari ilin əvvəlinə Bakı əhalisinin sayı 2 300,5 min nəfər təşkil edib. Bu, illik ifadədə 7,5 min nəfər və ya 0,3% çoxdur.

Əhalinin sıxlığına gəldikdə, ilin əvvəlində paytaxtın 1 kv. km ərazisinə 1 075 nəfər düşüb.

Qeyd edək ki, proqnozlara görə, 2040-cı ildə paytaxt əhalisinin sayı 3,17 mln. nəfərə çatacağı gözlənilir.

Xatırladaq ki, ərazisi 2,14 min kv. km təşkil edən Bakı şəhərinin 12 rayonu və 59 qəsəbəsi mövcuddur.

Rəy yazın