Reklam

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı - ARTIM DAVAM EDİR

Reklam

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3564 yeni yoluxma faktı qeydə alınıb, 1 004 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

27 Yanvar 2022-ci il tarixində 3361 yoluxma faktı və 14 ölüm qeydə alındığı açıqlanmışdı.13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 887 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 503, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 065, buster doza üzrə vaksinasiya olunanların sayı isə 26 319 nəfərdir.

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı - ARTIM DAVAM EDİR

Rəy yazın