Reklam

“Difai” filminin çəkilişləri davam edir. Şuşa təşkilatı!

Reklam

ATESH,AZ saytı məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Difai” filminin çəkilməsi adlı layihənin icrasl məqəsdi ilə çəkilən Azərbaycan tarixinin şərəfli səhifəsini özündə saxlayan “Difai” filminin çəkilişləri davam edir.
Erməni daşnaksütun terror təşkilatının Azərbaycan xalqında qarşı dəhşətli terrora başladığı bir dövrdə terrorun qarşısının alınması üçün Azərbaycanda yaranan “Difai” təşkilatının müxtəlf bölgələrdə şöbələri yaranmağa başladı. Bu şöbələrdən biridə Şuşa şöbəsi olub.
Şuşa qəzetinin Baş redaktoru, tədqiqtçı jurnalist Vasif Quliyev “Difai” təşkilatının Şuşa şəhər şöbəsi haqda geniş məlumat verdi. Müxtəlif mənbələrdə “Difai” təşkilatı ilə bağlı məlumatların olduğunu bildirən müsahibimiz Azərbaycanın xilası üçün çox böyük işlər görmüş “Difai” təşkilatının haqqında tam olaraq məlumat almağın mükün olmadığını bildirdi. Çünki bu təşkilat çox məxfi işləyib. Əlimizdə olan kiçik məlumatlar isə “Difai”nin fəaliyyətini əks etmir.
Vasif Quliyevin qeyd etdiyinə görə Rusiyanın Azərbaycanda olan canişinlərinin əlindən cana doymuş xalq öz təhlükəsizliyini özü həll etmək qərarına gəldi. “Difai” təşkilatı xalqın xilaskarı rolunu oynamağa başladı. Şuşada yaranan şöbədəbu yöndə fəaliyyətə başladı. Şuşada xalq arasında "dəli sudya" adı ilə tanınan rus hərbi məhkəməsinin prokuroru Lunyakin ermənilərə kömək etdiyi üçün "Difai"nin Şuşa Komitəsinin qərarı ilə aradan götürülür. Gəncədəki polis rəisi Bannikov, Tərtərdəki polis rəisi Felikinski də eyni səbəbdən “Difai”nin qərarı ilə "daimi istirahət"ə göndərilirlər. Bu siyahını uzatmaq da olar. Bütün bunları əlbəttə ki, Azərbaycanda xalqın azadlıq uğrunda mübarizəsinin başlanğıcı kimi qiymətləndirməliyik. Sonralar "Difai" partiyasının üzvlərindən bəziləri Stolipinin irtica illərində həbs olunur, bəziləri isə Türküstana sürgün edilirlər (1908).
Qarabağda (Şuşada) "Difai" Komitəsinin üzvlərindən Nəcəfqulu ağa Cavanşir, Mircabbar Ağa Ağamirov, Seyid Miriş Ağamirov, Əfrasiyab Əzimov, Alı kişi, İsfəndiyar Alpouti, Zərgər Məmiş və başqalarının adını çəkmək mümkündür. Erməni terroruna cavab verdiyi üçün "Difai" təşkilatının qanadı olan "Qarabağ məclisi"nin fəalları kütləvi həbsə məruz qaldılar. 1907-ci il Martın 23 və 24-də Hüseyn Münşiyevi, Əfrasiyab Əzimovu, Məşədi Şamil Hacıyevi, Zülfüqar bəy Haqverdiyevi, Xuduş Quliyevi, Kazım bəy Kazımbəyovu və Məmmədcəfər Muxtarovu Şuşa həbsxanasına saldılar. Tutulanların hamısını Həştərxan quberniyasına sürgün etdilər. Məmmədcəfər Muxtarov İran təəbəsi olduğundan onu İrana yolladılar.
Aşağıda adları qeyd edilən soydaşlarımız “Difai” Şuşa təşkilatının üzvüləri olublar:
• Kərim bəy Mehmandarov sədr
• Cahangir xan Nuribəyov köməkçisi
• Xuduş Quliyev katib
• Məşədi Şamil Hacıyev hərbi təşkilatın rəisi
• Muxtar bəy Muradov
• Əfrasiyab Əzimov
• İsmayıl bəy Daruğa Axundov
• Mirzə Hüseyn bəy Münşizadə
• Zülfüqar bəy Haqverdiyev
• Məşədi Yusif Mirsiyabov
• Məmmədcəfər Muxtarov
• Hacı Sadıq Məmmədov
• Süleyman Əsgərov
Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin vasitəsi ilə həyata keçirilən “Difai” filminin çəkilməsi adlı layihənin çəkilşləri davam edir. Məqsədimiz tarixi həqiqətlərimizin dünyaya çatdırılmasıdır.
Layihə rəhbəri Radə Abbas
ATESH,AZ
         “Difai” filminin çəkilişləri davam edir. Şuşa təşkilatı!
         “Difai” filminin çəkilişləri davam edir. Şuşa təşkilatı!
         “Difai” filminin çəkilişləri davam edir. Şuşa təşkilatı!

Rəy yazın