Reklam

Anar Bağırov hakim təyin edilən vəkillərlə görüşüb

Reklam

Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov hakim vəzifəsinə təyin edilmiş vəkillərlə Kollegiyanın Rəyasət Heyətində görüş keçirib.

Atesh.az-ın məlumatına görə, tədbirdə çıxış edən A.Bağırov bildirib ki, demokratik hüquqi dövlət quruculuğu yolunu tutmuş ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

"Sevindirici haldır ki, vakant hakim vəzifələrinə qəbulla bağlı elan edilmiş müsabiqədə yüksək bilik nümayiş etdirmiş Vəkillər Kollegiyasının 9 üzvü - Əliyev Əli Abdulla oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinə, Sevdimalıyeva Günel Arif qızı Bakı İnzibati Məhkəməsinə, Yusifova Ülkər Bayram qızı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə, Cəfərli Nilufər Arif qızı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə, Mahmudova Həqiqət Sahib qızı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə, Sultanov Cavid Rizvan oğlu Ağdaş Rayon Məhkəməsinə, Səmədzadə Sərxan Akif oğlu Xaçmaz Rayon Məhkəməsinə, Hüseynov Elmir Xoşbəxt oğlu Sumqayıt Şəhər Məhkəməsinə, Qurbanova Aygün Arzu qızı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2021-ci il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunublar. Bununla da hakim vəzifəsinə təyin olunmuş vəkillərin sayı ümumilikdə 80 nəfərə çatıb", - Vəkillər Kollegiyasının sədri bildirib.

Anar Bağırov yeni seçilmiş hakimlərə dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03 aprel 2019-cu il tarixli Fərmanını xatırladaraq gələcək fəaliyyətlərində qanunun aliliyini rəhbər tutmağ, süründürməçiliyə və digər neqativ hallara yol verməmələrini tövsiyə edib.

Tədbirin yekununda A.Bağırov hakim vəzifəsinə təyin edilmiş şəxslərə Kollegiyanın Rəyasət Heyətinin qərarına əsasən onların təltif edildiyi Fəxri Fərmanları təqdim edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Rəy yazın