Reklam

Paşinyan postunu seçkilərə qədər qoruyacaq

Reklam


Nikol Paşinyan 20 iyun tarixində keçiriləcək parlament seçkilərinə qədər Baş nazir postunu qoruyacaq.

Bu barədə Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.

“Başqa ssenari müzakirə edilməyib. Paşinyan vəzifəni müvəqqəti icraedən şəxs olacaq”,- deyə Simonyan vurğulayıb.

Qeyd edək ki, 18 martda Nikol Paşinyan 20 iyun tarixində Ermənistanda erkən parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.

Rəy yazın