Reklam

Qırğızıstan-Tacikistan sərhədində atışma - yaralananlar var

Reklam


Qırğızıstanın Tacikistanla sərhədində iki ölkə hərbçiləri arasında atışma baş verib.

Bu barədə Tacikistan Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, atışma nəticəsində iki nəfər yaralanıb.

Qurumun yaydığı məlumata görə, atışmaya səbəb 4 qırğız sərhədçisinin qeyri-qanuni olaraq dövlət sərhədini keçməsi olub. “Kalaşnikov” avtomatları ilə silahlanmış sərhədçilər yerli sakinlərin atlarını oğurlamağa cəhd ediblər. Lakin Tacikistan hərbçiləri tərəfindən açılan atəş nəticəsində qırğız sərhədçiləri ölkə ərazisindən çıxarılıb. Onlardan ikisi yaralanıb.

Hadisə ilə bağlı Qırğızıstan tərəfi də açıqlama yayıb. Açıqlamada insidentin detallarının dəqiqləşdirildiyi, hazırda ərazidə tərəflər arasında danışıqların aparıldığı bildirlib.

Rəy yazın