Reklam

Saakaşviliyə dəstək mitinqi yenə izdihamlı oldu - Video

Reklam

Gürcüstanın Sameqrelo bölgəsinin Zuqdidi şəhərində böyük mitinq keçirilib.

Atesh.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, mitinq ölkənin keçmiş Prezidenti Mixail Saakaşvili tərəfindən təsis edilən “Vahid Milli Hərəkat” tərəfindən təşkil edilib.

Mitinqdə Sameqrelo bölgəsinin müxtəlif hissələrindən gələn iştirakçılar toplaşıb. Onlar “Mişaya azadlıq!” şüarları səsləndiriblər. Bununla yanaşı, mitinq zamanı Saakaşvilinin Sameqrelo sakinlərinə ünvanladığı müraciət də oxunub.

Bildirilir ki, “Vahid Milli Hərəkat” sözügedən mitinqlə Sameqrelo bölgəsində seçki qabağı kampaniyasını başa vurub.

Qeyd edək ki, oktyabrın 30-u Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turu keçiriləcək. Seçki zamanı Zuqdidi də daxil olmaqla 20 şəhər və rayona merlər seçiləcək. Seçkilərin birinci turu isə oktyabrın 2-si keçirilib.

Rəy yazın