Reklam

İsveç NATO-ya üzvlük sənədini İMZALADI

Reklam

İsveçin xarici işlər naziri Ann Linde ölkəsinin NATO-ya üzvlük ərizəsini imzalayıb.

Xarici İşlər Nazirliyində NATO-ya üzvlük ərizəsini canlı olaraq imzalayan Linde, İsveç üçün ən yaxşısını etdiyini söyləyib.

Linde həmçinin müraciət sənədinin qısa müddətdə Finlandiya ilə birlikdə NATO-ya çatdırılacağını qeyd edib.

Bildirək ki, İsveçin baş naziri Maqdalena Andersson dünən parlamentdəki danışıqlardan sonra İsveç hökumətinin NATO-ya müraciət etmək qərarına gəldiyini açıqlayıb.

Rəy yazın