Reklam

Rusiya Ukraynanın İlan adasını TƏRK ETDİ

Reklam

Rus ordusu Zmeynini (İlan adası - red.)tərk etdilər.

Bu barədə Ukrayna "Cənub" əməliyyat komandanlığı məlumat yayıb.

Bildirilib ki, Ukrayna qoşunlarının növbəti uğurlu əməliyyatından sonra ruslar qarnizonun qalıqlarını tələsik təxliyyə edib, indi yanğın və partlayışlar var: "Gecə saatlarında Zmeynı adasında raket və artilleriya bölmələrimizin atəş zərbələri ilə həyata keçirdiyi hərbi əməliyyatın növbəti uğurlu mərhələsi nəticəsində düşmən iki sürətli qayıqla qarnizonun qalıqlarını tələsik şəkildə təxliyyə edib və ehtimal ki, adanı tərk edib. İndi Zmeinı alov bürüyür, partlayış səsləri eşidilir".

Komandanlıq əlavə edib ki, əməliyyatın yekun nəticələri araşdırılır.

Ağarza Elçinoğlu

Rəy yazın