Reklam

Külək Dövlət Qoruğundakı yanğının söndürülməsini çətinləşdirir - VİDEO

Reklam


Xəbər verdiyimiz kimi, bu gün Lənkəran şəhəri, Balıqçılar qəsəbəsi yaxınlığında Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində yanğın başlayıb.

FHN-dən verilən məlumata görə, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Nazirlik tərəfindən tədbirlərin görülməsinə başlanılıb.

Hazırda yanğınsöndürmə əməliyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir.

Yanğının söndürülməsini mütəmadi güclənən küləkli hava çətinləşdirir.

İlkin məlumata əsasən, ərazidə 10 ha sahədə əsas etibarilə, kol-kos və qurumuş ağac kötükləri yanır.

Rəy yazın