Reklam

Məhbusun anası həbsxanaya toyuq ətinin içində narkotik keçirmək istədi

Reklam


Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən verilən xəbərə görə, həbs edilmiş şəxs Vüsal Vahid oğlu Əliyevə anası Şəhla Əli qızı Əliyeva tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan bişmiş toyuq ətinin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 0,718 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Rəy yazın