Reklam

“Azərbaycan rəhbərliyinin atdığı addımlar vətəndaşların rifahının yaxşılaşmasına yönəlib” - Rusiyalı ekspert

Reklam

"Digər ölkələrlə müqayisədə Azərbaycanda koronavirusla mübarizə ilə bağlı vəziyyət çox yaxşıdır".
“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə rusiyalı ekspert Dmitri Rodionov deyib.
O bildirib ki, Azərbaycanın epidemiyanın ikinci mənbəyi olan İranla və yoluxma pikinin yaşandığı Türkiyə ilə həmsərhəd olmasına baxmayaraq vəziyyət yaxşı görünür, amma rahat olmaq üçün hələ tezdir:
"Amma həm də başa düşmək lazımdır ki, vaxt bizə qarşı işləyir və burada balans yaratmaq lazımdır ki, bir tərəfdən epidemiyanın yayılmasının qarşısını almaq mümkün olsun, digər tərəfdən də iqtisadiyyat çökməsin. Azərbaycan rəhbərliyinin pandemiya ilə mübarizədə atdığı bütün addımlar vətəndaşların sosial müdafiəsinin və rifahının yaxşılaşdırılmasına yönəlib".
Ekspert bildirib ki, dünyanın "Böyük depressiya" dövründən bəri ən böyük böhrana daxil oması indidən aydın görünür:
"Dünyanın pandemiyadan sonra necə olacağını demək çətindir. Amma birmənalıdır ki, pandemiyanı rəqəmsallaşmanı sürətləndirəcək və tibbin inkişafına ciddi təkan verəcək. Bir-iki ilə biz, adi vəziyyətdə 10-20 ilə gedəcəyimiz məsafəni qət edəcəyik. Bütün xarici çətinliklər hər zaman elmi tərəqqini sürətləndirib, bizim dövrümüzdə də bu, aktualdır".
Rusiya ilə Azərbaycanın gördüyü tədbirlərə toxunan ekspert qeyd edib ki, koronavirusun post-sovet məkanında Avropa ölkələrindən daha gec yayıldığını nəzərə almaq lazımdır:
"Ona görə də hər iki ölkənin rəhbərliyinin qarşısında nümunə var idi. Adekvat tədbirlər görülüb: məktəb və universitetlərdə dərslərin dayandırılması, sərhədlərin bağlanması, xarici əlaqənin məhdudlaşdırılması, kütləvi tədbirlərin qadağan olunması və özünütəcrid rejiminin tətbiqi. Bütün bunlar ölkələrimizə italyan ssenarisindən qaçmağa imkan verdi. Əsas odur ki, Aİ ölkələrinin etdiyi kimi, hər kəsdən bağlanmayasan. Bir-birinizə maksimum dərəcədə kömək etmək, təcrübə ilə paylaşmaq lazımdır. Bu, ümumi problemdir və bunu bir yerdə həll edə bilərik. Yeni dünyada ilk rollarda bu vəziyyətdə özünü itirməyən ölkələr yer alacaq".

Rəy yazın