Reklam

DTX-NIN BU GÜN HƏBS ETDİYİ İCRA BAŞÇISI KİMDİR? – TƏRCÜMEYİ-HAL

Reklam

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib. Qafqazinfo-nun məlumatına görə, icra başçısı Mahir Quliyev və bir neçə müavini saxlanılaraq Bakıya gətirilib.

Mahir Quliyev kimdir?

Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. Ali təhsillidir. “Naxçıvan” universitetini bitirib. 1977-1979-cu illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə olaraq başlayıb. Hərbi xidmətdən qayıtdıqdan sonra 1980-1981-ci illərdə “Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı “26 Bakı Komissarı” adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışıb.

2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilib və 08.09.2006-cı il tarixədək bələdiyyə sədrinin müavini postunu tutub. 08.09.2006-26.04.2011-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Yunus Oğuzun “Ovçu” romanı dövlət mükafatına təqdim olundu
Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.

ONN İnformasiya Agentliyi

Rəy yazın