Reklam

"İncəsənət" Teatr Studiyası və "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyi Xocalı məktəbliləri üçün bayram şənliyi təşkil elədilər -ATƏŞ.AZ

Reklam

Azərbaycanda fəaliyyət göstərən "İncəsənət" Teatr Studiyası və "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin birgə təşkilatçılığı ilə Xocalı şəhər 2 nömrəli tam orta məktəbində Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni -2017-ci təqvim ilinin başlanması ilə əlaqədar tədbir keçirildi.Tədbiri "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin sədri,"Ana harayı"qəzetinin baş redaktoru Şamil Sabiroğlu açdı.Şamil müəllim Xocalı məktəblilərini yeni-2017-ci ilin başlanması ilə əlaqədar təbrik etdi.
"İncəsənət" Teatr Studiyasının direktoru Mirvari Cumayeva, "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədova, Bakıdakı 290 nömrəli tam orta məktəbin direktor müavini, ehtiyatda olan mayor, 2-ci dərəcəli müharibə əlili Muxtar Həşimov çıxış edərək hamını həmrəy olmağa çağırdılar.
Yasamal rayonundakı 286 nömrəli tam orta məktəbin şagirdləri-Səbinə Vəlizadə, Nahid Tanrıverdiyev, Aidə Əliyeva, Xocalı məktəbliləri-Aydan Hüseynova və Zəhra Ələkbərzadə Vətənə, torpağa həsr olunan şeirlər söylədilər.
Respublikanın Xalq artisti Nisə Qasımova Xocalı məktəblilərilə görüşməsindən hədsiz məmnun olduğunu qeyd etdi. Daha sonra məktəbin pedaqoji kollektivi qarşısında maraqlı musiqi nömrələrilə çıxış edən sevilən müğənnimiz, Allahın izni və Azərbaycan Silahlı Qüvvələrinin dəstəyilə işğal olunan torpaqlarımızı düşmən tapdağından azad olunacağına əminliyini bildirdi.
Bayram tədbirinin sonunda Xocalı şəhər 2 nömrəli tam orta məktəbinin 140-dan çox şagirdinə bayram hədiyyələri təqdim olundu.
Məktəbin direktoru, Azərbaycanın Milli Qəhrəmanı Fizuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova tədbirin təşkilatçılarına bu təhsil ocağının kollektivi adından minnətdarlığını bildirdi.

ATƏŞ.AZ

Rəy yazın