Reklam

BURAXILIŞ İMTAHANLARI İLƏ BAĞLI BU DƏYİŞİKLİKLƏR OLACAQ – RƏSMİ

Reklam

İyun ayında 9-cu sinif buraxılış imtahanlarının bir mərhələdə keçirilməsi planlaşdırılır.

ONN media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

DİM sədri bildirib ki, Bakı, Şirvan və Naxçıvanda I mərhələ keçirildiyinə görə digər bölgələr üzrə məzunlar yalnız imtahanın II mərhələsində iştirak edəcəklər: “Bu mərhələ üzrə maksimal bal 70 deyil, 100 bal olaraq hesablanacaq”.

DİM sədri deyib ki, 11-ci sinif buraxılış imtahanlarının da iyun ayı ərzində təşkil edilməsi planlaşdırılır.

Onun sözlərinə görə, Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq: “İmtahana buraxılış vərəqələri imtahan günündən 5-7 gün əvvəl DİM-in saytında yerləşdirilir. Buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur”.

O bildirib ki, məzunlar buraxılış imtahanında əvvəlki illərdə olduğu kimi hər fənn üzrə maksimum 100 bal toplaya bilərlər.

ONN İnformasiya Agentliyi

Rəy yazın