Reklam

BAKI METROSU FƏALİYYƏTİNİ BƏRPA ETDİ- YENİLƏNİB

Reklam

Bakı Metropoliteni Qapalı Səhimdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, Bakı metropolitenində gecə işlərini başa vurduqdan sonra xətti tərk edən sonuncu təsərrüfat qatarında texniki nasazlıq yaranıb:

“Nasazlıq aradan qaldırıldıqdan sonra Bakı metropoliteninin xətləri, təlimat tələblərinə uyğun olaraq, təkrarən yoxlanıldıqdan sonra elektrik qatarları xəttə buraxılıb və stansiyalar 08:00-dan sərnişinlərin girişinə açılıb”.

***

Bu gün səhər saatlarından etibarən Bakı Metropoliteninin stansiyaları sərnişin qəbul etmir.

Stansiyaların qapısı bağlıdır. Bildirilir ki, texniki problem səbəbindən qatarların hərəkəti dayandırılıb.

ONN İnformasiya Agentliyi

Rəy yazın