Reklam

KAMRAN ƏLİYEV QARALOVUN YENİ TƏYİN ETDİYİ RƏİSİ İŞDƏN AZAD ETDİ

Reklam

Baş prokuror Kamran Əliyev Zakir Qaralovin bir neçə ay əvvəl təyin etdiyi rəisi işdən çıxarıb.

ONN media xəbər verir ki, K.Əliyevin dünən imzaladığı əmrlə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin şöbə rəisi Fərid Nağıyev vəzifəsindən azad olunub.

İşdən çıxarılan rəis Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Bundan sonra Fərid Nağıyev qurumun İstintaq İdarəsinin rəis müavini vəzifəsini icra edəcək.(bakupost)

ONN İnformasiya Agentliyi

Rəy yazın