Reklam

ALMANİYA VƏ RUSİYA ARASINDA GƏRGİNLİK DAVAM EDİR – SANKSİYA TƏTBİQ EDİLƏCƏK?

Reklam

Almaniya və Rusiya arasında kiberhücum böhranı ilə bağlı gərginlik artır.

ONN media xəbər verir ki, məsələ ilə bağlı Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev Xarici İşlər Nazirliyinə çağırılıb.

Bildirilir ki, 2015-ci ildə Almaniya parlamentinin deputatlarının elektron poçt ünvanlarının Rusiya tərəfindən ələ keçirilməsi ilə bağlı belə addım atılıb.

Xarici işlər nazirinin müşaviri Mikel Berqer Bundestaqa edilən kiberhücumu sərt şəkildə pisləyib və günahkarların cəzalandırılacağını deyib.

Qeyd edək ki, Almaniya Federal Prokurorluğu əlindəki dəlillərə əsasən kiberhücumun arxasında Rusiya Hərbi Kəşfiyyatının əməkdaşı Dmitri Badinin dayandığını iddia edir. Bildirilir ki, Federal Prokurorluq tərəfindən Rusiyada yaşadığı güman edilən Dmitri Badin üçün həbs qərarı verilib.

İndi Almaniya hökuməti kiberhücuma qarşı Avropa Birliyi (AB) səviyyəsində Rusiyaya sanksiyalar tətbiq etmək istəyir.

ONN İnformasiya Agentliyi

Rəy yazın