Reklam

“Lider”qrupu ilkə imza atdı

Reklam

ATESH.AZ saytı Olaylar.az saytına istinadən yaydı.
Telefonlarda bir çox vatsap qrupları var. "Lider" qrupu bütün o biri qruplardan əsaslı şəkildə fərqlənir. Qrupun əsas fərqi müzakirə olunan bütün məsələlərin sonunda nəticə olaraq bir kitabın üzə çıxarılması və təbliğat çərçivəsində pulsuz yayılmasıdır. Bir ay yarım əvvəl yaradılan qrupun ilk müzakirə mövzusu "Türk Dünyasının Dahi şəxsləri" idi. Qrupda qoyulan bu mövzu 15 iyun qurtuluş gününə həsr olmuşdu. May ayının 15-dən iyun ayının 15 qədər müzakirə olunan bu mövzu ətrafında qrup üzvləri çox maraqlı xatirələr qələmə aldılar. Onlardan AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru,dosent Cəbi Bəhramovun "Heydər Əliyevin neft strategiyası müasir Azərbaycan dövlətinin inkişafının təməl daşıdır", AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sehranə Kasiminin "Qurtuluş", General mayor Həsən Şirinovun "Naxçıvan vilayəti tarixi uğurumuzdur və biz onu qorumalıyıq", Bakı Dövlət Universitetinin professoru Filologiya elmləri doktoru Leyla Gərayzadənin "Ulu Öndər Heydər Əliyevin xalq şairinə verdiyi dəyər: Məmməd Araz", "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri Zərifə Quliyevanın "15 iyun tariximizin qurtuluşunun zirvəsidir", Pedaqogika üzrə elmlər doktoru Zəhra Muradovanın " Milli təhsilimizin əlli illik inkişafı dahi rəhbərin adı ilə bağlıdır", Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, Tarix elmləri namizədi Nüşabə Məmmədovanın yazdığı "Ulu Öndər Heydər Əliyev: dünyaya təqdim olunan yeni Azərbaycan", İpekyolu Stratejik Araştırmalar Merkezi Başkanı Dr. Seyfullah Türksoyun müəllifi olduğu "Modern Azerbaycanchr("39")ın Mimarı Haydar Aliyev", Moskva şəhərindən Pedaqogika üzrə fəlsəfə doktoru Abdullayeva Mehriban Surxay qızının "Azərbaycançiliq: Azərbayçan dilinin dünyada xarici dil kimi taninmasi", Türkiyənin Atatürk Üniversitesi, İktisadi ve İdari Bilimler Fakültesi, İktisat Bölümünün Prof. Dr. Kerem Karabulutun qələmə aldığı "Eğitim ve kalkinma", Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru, Abbasqulu Nəcəfzadə və AMEA, Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sehranə Kasimnin həmmüəllifi olduğu "Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti" və başqa məqalələri göstərmək olar.
Bişkekdə fəaliyyət göstərən turktoday.info portalında "Lider qupu" bölməsi yaradılmış və həmin məqalələr orada yerləşdirilmişdir. Maraqlananlar həmin yazıları bu linkdən oxuya bilərlər: http://turktoday.info/news_az/gruppa-lider/
Yaxın günlərdə bu yazıların hamısı birlikdə Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə rus və Azərbaycan dillərində kitab şəklində nəşr ediləcəkdir.
Hazırda "Lider qrupunun" üzvləri "Azərbaycan ərazisində Ermənistan Dövləti yaratmaq istəyən böyük güclərin oyunları" adı altında mövzunu müzakirə edirlər. İyul ayının axırına kimi olan müzakirələrdən sonra nəticə olaraq eyniadlı kitabın nəşr edilərək pulsuz yayılması nəzərdə tutulur.

Rəy yazın