Reklam

“LİDER” qrupunun müraciəti

Reklam

“LİDER” qrupunun müraciəti
İyulun 12 də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücum etməyə cəhd göstərib. Düşmənin xain hücumu zamanı dörd əsgər və zabitimiz qəhrəmancasına şəhid olub.

Düşünürük ki, Ermənistan bu təxribatla yeni münaqişə zonaları yaratmaq istəyir.
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, yayılmış videolardan da göründüyü kimi, düşmənin texnikası və çoxlu sayda canlı qüvvəsi məhv edilib. Şəhidlərimizin qisası düşməndən artıqlaması ilə alınıb.
Ermənistanın bu hücum cəhdi və silahlı təxribatı Azərbaycan ictimaiyyəti eləcə də dünya azərbaycanlıları tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi. Bu, bir tərəfdən Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirsə də, digər tərəfdən onun ifadə forması bir sıra narahatçılıq doğurdu. Biz hamımız yaxşı anlayırıq ki, indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Bu gün Azərbaycan, Ali Baş Komandanımız İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Dünyanın 50 ən güclü ordusu sırasında yer alan güclü orduya malikdir və ordumuz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır və buna qadirdir.

Bu gün bizi ciddi narahat edən digər bir məsələ Ermənistanın informasiya məkanında törətdiyi təxribatla bağlıdır. Düşmən tərəfindən azərbaycanlı adı və soyadı ilə yaradılmış yüzlərlə sosial şəbəkə hesablarından dövlətimizə qarşı informasiya müharibəsi aparan, ölkəni xaosa sürükləyən, xalqımızın və ordumuzun döyüşkən ruhuna mənfi təsir etməyə çalışan çağırışların şahidi oluruq. Düşmənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycana qarşı təşkil olunmuş informasiya müharibəsinə onların daxildəki və xaricdəki uzantıları da fəal dəstək verirlər.
Təklif edirik ki Dünya azərbaycanlılarının aparıcı, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələri cəbhədə baş vermiş olaylara daha çox diqqət yetirməlidir. Onlar əsasən rəsmi məlumatların yayılmasına üstünlük verməlidirlər, yaxud əldə etdikləri bilgilərin rəsmi təsdiqinə nail olmalıdırlar. Ancaq təəssüflə onu da bildirməliyik ki, cəbhə xəttində yaşanan gərginlik müəyyən KİV-lər, eləcə də sosial şəbəkə profilləri tərəfindən spekulyasiya predmetinə də çevrilməkdədir. Bəzən mövcud müstəvidəki bir sıra paylaşımlarda və təqdimatlarda əsl həqiqətlər təhrif olunmaqla Milli Ordumuzda guya kütləvi tələfat olduğuna dair fikirlər qabardılır, insanlarda ruh düşkünlüyü yaradılmasına cəhd göstərilir, dövlətimizə və ordumuza qarşı inamsızlıq aşılanır, habelə digər siyasi motiv daşıyan fikir və düşüncələr dövriyyəyə buraxılmaqla respublikamızdakı asayiş və əminamanlıq mühiti şübhələndirilir.
Onu da bildirməliyik ki, erməni xüsusi xidmət orqanlarının təmsilçiləri müxtəlif sosial şəbəkə profillərində cəbhədəki vəziyyətlə əlaqədar həqiqəti əks etdirməyən fikirlər paylaşırlar. Bəzən bu fikirlər azərbaycanlı adı daşıyan profillər vasitəsilə yayılır. Bilməyərəkdən, hisslərə qapılaraq bu paylaşımlara istinad edən KİV-lər və jurnalistlər də var. Hər bir halda məsələ ən azı qeyri-peşəkarlıqdır. Ancaq nəzərə alaq ki, burada hüquqi zəmində diqqət yetirilməli cəhətlər də meydana çıxa bilər. Media resursları olan Dünya azərbaycanlıları bunu da düşünməlidirlər. Lider qrupu bütün bunları nəzərə alaraq bir daha kütləvi informasiya vasitələrinə, ümumən dünyanın müxtəlif ölkələrində təmsil olunduğumuz ictimai birliklərin və elektron medianın imkanlarından yararlanaraq yaranmış durumun həssaslığını peşə prinsipləri baxımından qiymətləndirərək, operativ informasiya verərək dünya ictimaiyyətini məlumatlandırmalıdır.

Biz, Lider qrupu olaraq cəmiyyətimizi, xüsusilə, mətbuat nümayəndələrini, QHT sektorunu, sosial şəbəkə iştirakçılarını, xaricdə yaşayan soydaşlarımızı, hər bir vətəndaşımızı və bütün ictimai fəalları bu cür təxribatların qarşısını almağa və onları anındaca ifşa etməyə və onlara akekvat cavab verməyə çağırırıq. İnformasiya müharibəsi çərçivəsində səfərbər olmalıyıq.

Biz, düşmənlə müharibə şəraitində olan müdrik xalqımızı, vətəndaşlarımızı təmkinli, səbrli olmağa, təxribatlara uymamağa və belə həssas və ağır zamanda bütün Dünya azərbaycanlılarını ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməyə, ordumuza dəstək olmağa çağırırıq!
Əminik ki, tezliklə torpaqlarımız Ali Baş Komandanın əmri, xalqımızın dəstəyi və qəhrəman ordumuzun gücü ilə erməni işğalçılarından azad olunacaqdır!

Vətən uğrunda canlarını fəda edən bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik!
Tanrı Dövlətimizi, Xalqımızı, Müstəqilliyimizi və Ordumuzu qorusun!

1. Zərifə Quliyeva – Respublika YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

2. Leyla Gərayzadə — Filologiya elmləri doktoru, BDU rus ədəbiyyatı tarixi
kafedrasının professoru, “Əsgər anaları” Şurasının sədri

3. Abbasqulu Nəcəfzadə — Sənətşünaslıq elmləri doktoru, AMK-nın professoru,

4. Nüsrət Məmmədov – Beynəlxalq Çingiz Aytmatov Akademiyasının akademiki

5. Mehriban Abdullayeva — Pedaqogika üzrə fəlsəfə doktoru, “KİV və Diplomatiya
Mərkəzi” ictimai birliyinin Prezidenti

6. İnqilab Şirinbəyli (Şirinov) – Jurnalist-pedaqoq, http://kanal32.az/ saytının
rəhbəri, məcburi köçkün

7. Qiyas Xəlilov iqtisad elmləri namizədi, professor

8. Vəfa Quliyeva- Tarix elmləri doktoru

9. Q. Ə. Pirquliyeva — t. ü. f. d., dosent, BDU-nun başmüəllimi

10. Güntəkin Nəcəfli – t.ü.f.d – AMEA Bakıxanov adına tarix İnstitutunun dosenti

11. Nəsibə İsrafilqızı — Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, şairə
Publicist

12. Elmira İsmayılova- Pedaqogika üzrə fəlsəfə doktoru

13. Sara Zeynal qızı Məmmədova- əməkdar müəllimə, “El gücü” Beynəlxalq
Humanitar Assosiasiyası İctimai Birliyinin sədri

14. Zenfira Ağayeva- “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri, iş adamı

15. Sehranə Ələsgər qızı Kasimi-AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı
elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

16. Fəridə Nizamiqızı, journalist

17. Nüşabə Məmmədova-Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti,
Beynəlxalq Dialoq və İnkişafAlyansının sədri, Tarix elmləri namizədi

18. Dr. Seyfullah Türksoy — İpekyolu Stratejik Araştırmalar Merkezi Başkanı

19. Prof. Dr. Kerem KARABULUT-Atatürk Üniversitesi, İktisadi ve İdari Bilimler
Fakültesi, İktisat Bölümü.

20. Akif Mikailov – RF, Komi

21. Burkan Özkoşar- Fransa

22. Vəli Əkbər

23. Həsən İsrafilov — i.e.d. professor

24. Gülyanaq Məmmədova- AR xalq artisti

25. Həmidov Qoşqar Vaqif oğlu

26. Hacıyev Səftər

27. Hüseynov İbad – “Azərbaycan bayrağı” ordenli Qarabağ qazisi

28. Şikarov Daşqın

29. Məmmədov Ülvi

30. Rüstəmov Nübar

31. Kərimov İlqar

32. Səyyad Alizada

33. Qafar Çaxmaqlı

34. Abdullayev Seyid

35. İsmayıl Rəhimov

36. Naib Paşayev- Sakt Peterburq

37. Xədicə Zeynalova- Almaniya, bəstəkar



Rəy yazın