Reklam

Şirvanda dəhşətli yanğın: İki azyaşlı qardaş yanaraq öldü - Rəsmi

Reklam

Şirvan şəhərində yataqxanada yanğın baş verib.

ATESH,AZ saytı Teleqraf.com saytına istinadən xəbər verir ki,Fövqəladə Hallar Nazirliyinin saytınının məlumatına görə Şirvan şəhərində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 12 m² olan birotaqlı mənzildə 1 ədəd divan yanıb.

Yanğın zamanı tüstü dolmuş mənzillərdən 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil sahibinin övladları, 2015-ci il təvəllüdlü Vəliyev Eldar Pünhan oğlu və 2018-ci il təvəllüdlü Vəliyev Araz Pünhan oğlu tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər hadisə yerinə çatana kimi qonşular tərəfindən xəstəxanaya aparılıb və hər ikisi orada vəfat edib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
ATESH,AZ

Rəy yazın