Reklam

Ceyhun Bayramov bu təklifi rədd edib - SENSASSİON DETAL

Reklam

Mətbuatda qeyri-rəsmi məlumat yayılıb.

Oxu24.com xəbər verir ki, kifayət qədər ciddi qəbul edilən mənbə jurnalist Elçin Alıoğlu payladığı statusta qeyd edib ki,Moskvada Rusiya, Azərbaycan və Ermənistanın XİN başçıları arasında Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrdə Z.Mnasakanyan cəbhədəki təmas xəttində atəşkəsin elan olunmasını və yeni situasiyanın bir müddət dəyişməz saxlanmasını təklif edib. Ceyhun Bayramov bu təklifi rədd edib.

Xatırladaq ki, danışıqların hazırda 8-ci saatı davam edir.

Qapalı danışıqlardan sonra mətbuat konfransının təşkil olunması gözlənilir.

Artıq mətbuat zalına hər üç dövlətin bayraqları gətirilib.

Rəy yazın