Reklam

Britaniyalı nazir italiyalı azarkeşlərə xəbərdarlıq etdi

Reklam


Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şepps italiyalı futbol azarkeşlərinə 11 iyulda Londonda keçiriləcək AVRO-2020-nin finalında iştirakdan imtina etməyi tövsiyə edib.

Nazir bu barədə fikirlərini “Times” radiosunun efirində səsləndirib.

“Onları heç bir yerə buraxmayacaqlar”, - deyə Qrant Şepps vurğulayıb.

Nəqliyyat naziri əlavə edib ki, Krallıqdakı karantin qadağaları nəticəsində İngiltərəyə bir çox çarter və birbaşa uçuşlar ləğv edilib.

Qeyd edək ki, AVRO-2020-nin final oyununda İtaliya ilə İngiltərə yığmaları üz-üzə gələcək.

Final qarşılaşması iyulun 11-də “Uembli” stadionunda gerçəkləşəcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Rəy yazın