Reklam

“Olimpiakosla” qarşılaşacaq “Neftçi”nin potensial rəqibi müəyyənləşir

Reklam


Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin püşkü atılacaq.

“Report”un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə 14:00-da başlayacaq.

Tədbirdə Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Neftçi”nin də potensial rəqibi müəyyənləşəcək. İkinci raundda Yunanıstan “Olimpiakos”u ilə qarşılaşacaq “ağ-qaralar” püşkatmada səpələnmişlər səbətində yer alacaq.

Azərbaycan çempionu üçün beş mümkün rəqib var. Yalnız “Alaşkert” (Ermənistan) – “Şerif” (Moldova) cütü flaqmana potensial rəqib ola bilməz.

Üçüncü təsnifat mərhələsinin görüşləri 3 - 4 və 10 avqustda oynanılacaq.

UEFA Çempionlar Liqası

Üçüncü təsnifat mərhələsi

Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya) / “Omoniya” (Kipr) cütünün qalibi
“Slaviya” (Çexiya)
“Olimpiakos” (Yunanıstan) / “Neftçi” (Azərbaycan) cütünün qalibi
“Slovan” (Slovakiya) / “Yanq Boyz” (İsveçrə) cütünün qalibi
“Kayrat” (Qazaxıstan) / “Srvena zvezda” (Serbiya) cütünün qalibi
“Reyncers” (Şotlandiya)

Səpələnməmişlər

“Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan)
“Malmö” (İsveç) – HİK (Finlandiya)
“Linkoln” (Cəbəllütariq) – ÇFR (Rumıniya)
“Legiya” (Polşa) – “Flora” (Estoniya)
“Alaşkert” (Ermənistan) – “Şerif” (Moldova)
“Ferensvaroş” (Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva)

Qeyd edək ki, “Neftçi” “Olimpiakos”la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

Rəy yazın