Reklam

Millimizin oyunu koronavirusa görə təxirə salındı

Reklam


Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının 3 futbolçusunun - Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarov (yarımmüdafiəçi, “Qarabağ”) - COVID-19 testi pozitiv nəticələnib.

Bununla əlaqədar, Belçikanın daxili qanunları nəzərə alınaraq, bu gün Azərbaycan millisinin digər üzvlərindən daha bir dəfə COVID-19 testi götürüləcək. Təqvimə əsasən bu gün - oktyabrın 6-da keçirilməsi nəzərdə tutulmuş Azərbaycan - Norveç oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.

Məsələ ilə bağlı əlavə məlumat veriləcək.

Rəy yazın