Reklam

"Qarabağ" - "Marsel" oyununu bu hakimlər idarə edəcək - ADLAR

Reklam

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə Bakıda keçirəcəyi cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Bu barədə AFFA məlumat yayıb. Qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Bartoş Frankovski olacaq. Ona yan xətt hakimləri qismində Martsin Bonek və Yakub Vinkler kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kjiştof Yakubik yerinə yetirəcək.

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq.

Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.

Rəy yazın