Reklam

Şəhidlərimizin xatirəsinə həsr olunmuş Qol Güləşi turniri başa çatıb

Reklam

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə ”Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi tərəfindən “Qəhrəmanlar unudulmur” adlı layihənin icrası çərçivəsində keçirilən aprel şəhidlərinin xatirəsinə həsr olunmuş Qol Güləşi turniri başa çatıb.

Qazax Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə idarə, müəssisə rəhbərləri, gənclər, idmançılar, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları ilk öncə aprel döyüşlərində həlak olmuş bütün şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyinin sədri, layihənin təşkilatçısı Azər Əliyev çıxış edərək keçirilən turnirin məqsəd və əhəmiyyətindən danışıb.

Bildirib ki, turnir aprel döyüşlərində şəhid olmuş Orucov Mühüd Qurban oğlunun, Namazov Elvin Məmməd oğlunun və Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə həsr olunub.

Turnirin keçirilməsində əsas məqsəd rayon gənclərinin asudə vaxtlarının düzgün və səmərəli təşkili, aprel döyüşlərində həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etmək, onların ailələrinə mənəvi dəstək olmaq, gənclərə vətənpərvərlik hisslərinin aşılanması və sağlam həyat tərzinin təbliğ olunmasından ibarətdir.

Rəy yazın