Reklam

Afaq Bəşirqızı xəstəxanaya yerləşdirilib?

Reklam


Xalq artisti Afaq Bəşirqızı xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Atesh.az xəbər verir ki, "Report”a açıqlama verən Xalq artisti hazırda səhhətində problem olduğunu deyib.

Səsi gümrah olan aktrisa xəstəxanaya yerləşdirilməsi barədə suala isə cavab vermək istəmədiyini qeyd edib.

Qeyd edək ki, ARB televiziyasında yayımlanan "Elgizlə izlə" verilişində aparıcı Elgiz Əkbər A.Bəşirqızının xəstəxanaya yerləşdirildiyini deyib.

Rəy yazın