Reklam

Hulusi Akardan mina xəritələrinin Azərbaycana verilməsi ilə bağlı AÇIQLAMA

Reklam


“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana ziyarəti zamanı bölgədə atəşkəslə bağlı sabitliyin və əmin-amanlığın olmasına diqqəti çəkdi”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar oktyabrın 28-də jurnalistlərə açıqlamasında bildirib.

Nazir jurnalistin “Ermənistan minaladığı ərazilərin xəritəsini vermir” sualına cavabında deyib: “Bunlarla bağlı təmaslar davam edir. Prezidentimiz Azərbaycana ziyarəti zamanı bölgədə atəşkəslə bağlı sabitliyin və əmin-amanlığın olmasına diqqəti çəkdi. Atəşkəsin davamlı olması, sabitliyin təmin edilməsi, insanların əmin-amanlıq və firavan yaşaması üçün hər kəsin bir masa arxasına əyləşməsi, müzakirədə iştirakı vacibdir. Biz Türkiyə dövləti olaraq bunun üçün nə etmək lazımdırsa, hər bir məsələdə olduğu kimi, danışıqlara açıq, çox konstruktiv, məntiqli təkliflər irəli sürürük”.

Rəy yazın