Reklam

XTQ gizirinin də şəhid xəbəri gəldi

Reklam

XTQ gizirinin də şəhid xəbəri gəldi

44 günlük Vətən müharibəsində iştirak edən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Atesh.az xəbər verir ki, söhbət 1994-cü il təvəllüdlü, Şəmkir rayonunun Əliyaqublu kənd sakini XTQ giziri Namazov Babək Səhman oğlundan gedir.

Onun şəhid olması barədə xəbəri Şəmkir rayonu İcra Hakimiyyəti yayıb. Məlumatda bildirilir ki, B. Namazovdan uzun müddət idi ki, xəbər yox idi. O, oktyabrın 4-dən 5-ə keçən gecə Cəbrayıl ərazisində gedən döyüşdə itkin düşüb.

Ötən gün isə onun yaxınları döyüçünün şəhid olduğu barədə xəbər alıblar.

Adı Müdafiə Nazirliyinin itkinlərlə bağlı yaydığı siyahıda olan əsgərimizin elə Cəbrayıl istiqamətində şəhidlik zirvəsinə ucaldığı deyilir.

Rəy yazın