Reklam

Kəlbəcərdə həlak olmuş hərbçilər dəfn edildi - YENİLƏNİB

Reklam


Kəlbəcərdə avtomobil qəzası zamanı həlak olan hərbi qulluqçumuz dəfn olunub

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, çavuş Cəfərov Anar Müstəqim oğlu dəfn edilib.

Müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu ilə vida mərasimi ailəsinin yaşadığı Yevlax rayon Gülövşə kəndində keçirilib.

Mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak ediblər.

Vida mərasimindən sonra, A.Cəfərov Gülövşə kənd qəbristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!


14:42
Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan leytenant Həsənli Eldar Müşfiq oğlu dəfn edilib.

Hərbçi ilə vida mərasimi onun ailəsinin yaşadığı Mingəçevir şəhərində keçirilib. Mərasimdə zabitin yaxınları, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Vida mərasimindən sonra Eldar Həsənli Yevlax rayonu, Salahlı kəndi qəbristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

Qeyd edək ki, avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində hərbi qulluqçular - leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub.

Rəy yazın