Reklam

«Qara polkovnik»i rəhmətlə anırıq…

Reklam

Yayımlayan: www.Fedai.az
Uğurlu Horadiz əməliyyatı komandirinin təminat məsələləri üzrə müavini, qondarma rejimin əskisini ayağı altına alıb əzərək, Azərbaycan Bayrağını göylərə ucaldan Qara Polkovnik- Fətulla Hüseynovun ANIM GÜNÜDÜR.


21 dekabr 1937-ci ildə Tovuz rayonunda anadan olub. Azərbaycan Texniki Universitetinin avtomobil-tikinti fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Sonra O, SSR-nin Daxili İşlər nazirliyinin Yüksək Akademik kurslarını bitirir.

1960-90-cı illərdə Respublika yol polisinin rəis müavini, rəisi və Bakı şəhər yol polisi idarəsinin rəisi vəzifəsində çalışıb. Bundan əlavə Fətulla Hüseynov Azərbaycanın baş yanğınsöndürmə idarəsinin rəis müavini, DİN–in polis polkunun komandiri və s. vəzifələrdə çalışıb.

1993-cü il 21 dekabrda Qarabağ XYK-nin üzvü olub. Fətulla Hüseynov 1993-cü il dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən Horadiz əməliyyatına rəhbərlik edib. Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd «Şturm-S» qurğusu, 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb.

Düşmən ağır itkilər verərək cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib. Fətulla Hüseynov 1995-ci ildə Rövşən Cavadovun xüsusi təyinatlı dəstəsinin qiyamının yatırılması ilə bağlı DİN-dən istefa verib.

Qara polkovnik ləqəbli Fətulla Hüseynov 2004-cü il 14 iyunda yaşadığı binanın qarşısında qətlə yetirilib.


ALLAH RƏHMƏT ELƏSİN, RUHUN ŞAD, MƏKANIN CƏNNƏT OLSUN!
«Qara polkovnik»i rəhmətlə anırıq…
Leyla Həsənova

Rəy yazın