Reklam

Ölümə gülən general!

Reklam

Üç gün əvvəl Müharibə Veteranı Qadınlarlına Sosial Yardım İctimai Birliyinin idarə heyyəti üzvləri Şəhid general Polan Həşimovun anası Səmayə xanımın yanına getdik.
Ana bizi qapı önündə qarşıladı. Bizlərə sarıldı ağladı. Biz ona müharibə veteranıyıq deyincə dahada təsirləndi. O məğruir qadın necə səsini içinə çəkərək yana yana ağlayırdısa bizimdə göz yaşlarımız sel oldu. Səmayə anaya ağlama dedik, qürur duy dedik, biz sənin yanındayıq dedik. Amma Səmayə ananın yanında olanlar onun ciyəp parasının, sevimli oğlunun əvəzini vermir axı. Səmayə ananın yanında olanlar onun can yanğısını azalda bilmir axı. Üzündəki qırışları olmasaydı bütün cizgiləri ilə oğlu Poladın eyni olan Səmayə ananın oğlu ilə bu qədər oxşamsınada təccüb etmədik. Günki bir qadın ancaq bu qədər qürurlu, cəsarətli ürəkli ola bilərdi.
Mən üç gündür bu yazını yazmaq istəyirəm ancaq yaza bilmirəm, Bəlkədə söz ehtiyatım yoxdur, Bəlkədə duyğularımı ifadə edəcək qədər sözün gücü yoxdur? Yazmaq istədiyim, demək istədiyim o qədər duyğular varki. İfadə edəcək söz tapa bilmirəm!!!
Bu gündə sadəcə məlumat olsun, şəhidlərimizə sahib çıxaq deyə yazdım ki, şəhid analarını tək qoymayaq. Şəhid anaları bizim nümunə götürüləcək qadınlarımızdır.
RUHUNUZ ŞAD OLSUN VƏTƏN ÖVLADLARI. QANINIZ YERDI QALMASIN!!!
ATESH,AZ
Ölümə gülən general!
Ölümə gülən general!
Ölümə gülən general!
Ölümə gülən general!

Rəy yazın