Reklam

Vətən müharibəsinin yeganə şəhid qadının ailəsi ziyarət edildi!

Reklam

21 mart 2021-ci il tarixində Müharibə Veteran Qadınlarına Sosial Yardım İctimai Birliyi 2020-ci ildə baş vermiş Vətən müharibəsində şəhid olmuş yeganə Azərbaycan qadını Arəstə Baxışovanın anasının və övladlarının görüşünə getdik. Şəhid bacımız Arəstənin oğlu, qızı və anasının yaşadıqları bərbad vəziyyətdə olan gecəqondu evin və mətbəxin səliqəsiz, uçub tökülən divarları, çox bərbad vəziyyətdə olan həyətinə baxanda çox kasıb imkansız ailə vəziyyətində yaşadıqları açıq görünür. Lakin kasıb yada varlı yaşamaq insanın ruhunun gözəlliyini dəyişə bilməz. Arəstə bacımızda gözəl ruhu dəyişməyən soydaşımızdır. Bizdə Arəstə işığına getdik. Novruz bayramının ilk günün Arəstənin evində onun övladları ilə birlikdə keçirdik! Evimizdə bayram etmədik ona görəki Şəhid evlərində olmağı daha üstün bildik. Atası və babası da hərbi xidmətdə olmuş ailədən gələn bir mərdliklə vətən çağrışına gedən Arəstə Baxışovanın ailəsi ilə birlikdə olduq. Eyni zamanda şəhid ailəsinin problemini öyrəndik. Mənzilə olan ehtiyaclarını dilə gətirməsələrdə biz onların çox pis mənzil şəraitində yaşadıqlarını gördük və dövlətin aidiyyatı qurumlarından şəhid Azərbaycan qadını Arəstə Baxışovanın ailəsinin mənzillə təmin edilməsinə diqqət ayrılsın. Şəhid ailələrinin bayram ziyarəti davam etdirəcəyik. Bayram olmasa da şəhid ailələrini unutmayaq, onları yanlız buraxmayaq. Şəhidlər unudulan zaman ölürlər.
Uca tanrım şəhidlərimizə rəhmət eyləsin!
Ruhu başımızın üstündə gəzən Şəhidlərimiz bayramınız mübarək!
MVQSYİB-nin sədri Radə Abbas!
ATESH,AZ

Rəy yazın