Reklam

Müharibə Veteranı əlaqədar təşkilatlardan imdad diləyir: Səhhəti təhlükəli həddədir

Reklam

“Azərbaycanda Qarabağ müharibəsinin iştirakçısı olan 2500 qadın var. Onlardan biri də Qarabağ döyüşlərində tibb bacısı kimi fəaliyyət göstərən Nazilə Ramazan qızı Yumayevadır”.

Bu sözləri Adalet.az saytına “Müharibə Veteranları Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas bildirib.

Rada xanım bildirib ki, Nazilə xanim 1991-ci ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yarandığı dövrlədrə Qarabağa vətənin müdafiəsinə getmiş ilk 5 qadınıdan biridir. O, 4 il ermənilərlə üz-üzə savaşda olub:”Təşkilatımızın üzvü, müharibə veteranı, 2 qrup ümumi əlilliyi olan Yumayeva Nazilə Ramazan qızı təşkilatımıza müraciət edərək köməklik istəyib.

Hazırda Nazilə xanım insult xəstəsidir. Arterial təzyiqinin yüksəlməsi nəticəsində yıxılıb və omba sümüyü sınıb. 5 aydır yataq xəstəsidir. Sabunçu rayon xəsətəxanasında aldığı müalicənin heç bir xeyri olmayıb. Həkimlərin yektil rəyi ilə təcili əməliyyat olunmalıdır. Əməliyyat olunması üçün omba sümüyünün protezlışdirilməsi lazımdır. Travmoyologiya Ortopediya İnstitutunun mütəxəsisi professor Nizami həkim Nazilə Yumayevaya təcili əməliyyat lazım olduğunu bildirib . Protezin alınması isə İcbari Tibbi Sığorta Agentliyinin vasitəsi ilə həyata keçirilir. Onlar da “Bizdə protezlər olmur “ dedilər. Protezin alınması üçün TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinin rəhbərliklərinə müraciət etmişəm. Veteran xanımın əməliyyat edilməsi üçün protezin alınmasını xahiş etmişəm. İcbari Tibbi Sığorta Agentliyindən bizə söz olaraq “növbənizi gözləyin” deyiblər”
Müharibə Veteranı əlaqədar təşkilatlardan imdad diləyir: Səhhəti təhlükəli həddədir
Birlik sədri növbədə neçənci sırda olduqlarının da qeyri-müəyyən olduğunu vurğuladı; “Ümumiiyətlə, təcili əməliyyat deyilən bir anlayış var. Məgər İcbari Tibbi Sığorta Agentliyi bunu anlamırmı?

Əgər növbə gözləyiriksə bu təcili əməliyyat sayıla bilməz. Gecikmiş müalicə və əməliyyatların nəticəsində isə orqanizmdə geri dönməz proseslər başlayır ki, bununda çox ağır nəticəsdi olur. Hər iki quruma ünvanladığımız məktubda Nazilə Yumayevanın təcili əməliyyata ehtiyacı olduğunu altını cızaraq qeyd etmişik. Nazilə Yumayevanın səhətindəki yanaşı problemlərin fonunda, gecikmiş əməliyyat Nazilə xanım həyatını itirməsinə səbəb olacaq. Bunun məsuliyyəti isə tam olaraq aidiyyatı dövlət idarələrinin üzərində qalacaq”.

Qeyd edək ki, Nazilə xanım Qarabağ müharibəsi başlayan zaman 6-cı sinifdə oxuyan oğlunu internata verərək cəbhə xəttinə yollanıb.

Əntiqə Rəşid

Rəy yazın