Reklam

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Reklam

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1614 yeni yoluxma faktı qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

21 Yanvar 2022-ci il tarixində 1068 yoluxma faktı və 17 ölüm qeydə alındığı açıqlanmışdı.13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 217 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 621, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 791, buster doza üzrə vaksinasiya olunanların sayı isə 20 805 nəfərdir.

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Rəy yazın