Reklam

İran nəyə nail olmağa çalışır?

Reklam


"Tehranla Bakı arasında vəziyyətin gərginləşməsi düşmənçiliyə səbəb olmayacaq. Amma İran Azərbaycandan yük daşımalarında güzəşt gözləyir".

"Atesh.az" xəbər verir ki, bunu "Sputnik Armeniya"ya açıqlamasında Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktor müavini Aleksandr Skakov deyib.

Azərbaycan və İran arasında münasibətlərin gərginləşməsini şərh edən politoloq bildirib ki, İranın dərdi yük daşımalarının təhlükəsizliyini təmin etməkdir. Bundan başqa, rəsmi Tehran regionda Türkiyənin təsirini azaltmaq istəyir.

Onun fikrincə, münasibətlərin gərginləşməsi müharibəyə səbəb ola bilməz. Sadəcə, İran ikinci Qarabağ müharibəsindən sonra özünü kənarda hiss edir:

"Çünki İran bu vəziyyətdə heç nə qazana bilmədi. Amma gözlədiyindən də az itirdi. Belə ki, Qarabağa heç bir Amerika və NATO sülhməramlıları gətirilmədi. Buna görə, indi İranın əsas narazılığı yük daşımaları ilə bağlıdır. Çünki bu mərhələdə kommunikasiyaların işləməsi İran üçün çox vacibdir".

Rəy yazın