Reklam

QHT RƏHBƏRİ ORDUYA YAZILDI: “BİRİNCİ SAVAŞDAN YARIMÇIQ QALMIŞ SÖZÜM VAR”

Reklam

Turan Araşdırmaları Mərkəzi İctimai Birliyindən ATESH,AZ saytına verilən məlumata görə təşkilatin sədr müavini iqtisadçı-alim, hüquqşünas, müasir dövlətimizin quruculuğunda ümummilli lider Heydər Əliyevin ən yaxın silahdaş və sirdaşlarından- 91-lərdən olan, eyni zamanda əsərləri ilə erməni yalanlarını ifşa edib dünyaya çatdıran professor Əjdər İsmayılovun oğlu Cavid İsmayıl öz feysbuk səhifəsindən Azərbaycan Ordusunda könüllü hərbi xidmət üçün qeydiyyatdan keçdiyini bildirib.

C. İsmayıl öz fikirlərini belə ifadə edib: “Birinci savaşdan yarımçıq qalmış sözüm var. Son şərəfli sözü demək üçün yazıldım! Həm də bu savaş bizim nəslin savaşıdır. Bu savaşı gələcək nəsillərə ötürməyə haqqımız yoxdur!
Bu savaşı biz bitirməliyik!
Tanrı Vətənimizi qorusun!”
Təşəkkür edirik Cavid İsmayıl!!!
ATESH,AZ

Rəy yazın