Reklam

QHT-lərimiz Gürcüstanın Ədliyyə nazirinə müraciət etdilər - Atəş.az

Reklam

Ölkənin bir sıra tanınmış qeyri-hökümət təşkilatları son günlər Bakıda səfərdə olan Gürcüstan Ədliyyə naziri Tea Tsuikilaniyə Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin 2014-cü ilin oktyabrından doğulub boya başa çatdığı torpağa girişinə qoyulan yasaq qərarı ilə bağlı müraciət ediblər. Rus dilində tərtib olunmuş müraciətdə qeyd olunur ki, biz, Azərbaycanın Vətəndaş Cəmiyyəti təmsilçiləri olaraq Gürcüstan ölkəmizin hər zaman dostluq münasibətlərinin inkişaf etdirilməsini alqışlamışıq və bu əlaqələrin istər siyasi, istər mədəni, istərsə də iqtisadi sahədə genişləndirilməsində maraqlıyıq. İki dost ölkə arasındakı dostluq münasibətlərinin möhkəmləndurilməsində təsirli QHT-lərdən biri , bəlkə də birincisi Borçalı Cəmiyyətidir. "Cəmiyyət" neçə illərdir ki, istər Gürcüstanda, istərsə də Azərbaycanda keçirdiyi tədbirlərdə və bütünlükdə öz fəaliyyətində bu prinsipə daim sadiq qalmışdır. Bu fəalliyyətlərdə Borçalı Cəmiyyətin sədri Zəlimxan Məmmədlinin müstəsna rolu isə danılmazdır. Z.Məmmədli Azərbaycanın müstəqilliyi üçün mübarizə aparmış biri kimi daim Gürcüstanın da ərazi bütövlüyünü dəstəkləmiş və bütün separatçı düşüncələrə qarşı çıxmışdır. Təəsüflər olsun ki, Gürcüstan hökuməti 2014-cü ildən Z.Məmmədlinin doğulduğu torpağa girişinə yasaq tətbiq etmişdir. Bu məsələ bizi - Vətəndaş Cəmiyyəti təmsilçilərini çox narahat edir. Sizdən xahiş edirik ki, Gürcüstanı sevən Zəlimxan Məmmədliyə qarşı tətbir olunan bu qadağanın götürülməsinə və bu zəmində ortaya çıxan anlaşılmazlıqların aradan qaldırılmasına yardım edəsiniz. Çünki biz, onun Gürcüstan dövlətinə sədaqətinə inanırırıq və bu problemin çözülməsi iki dost qonşu ölkə arasında münasibətlərin daha da möhkəmlənməsi yolunda önəmli addım olar.

Dərin hörmətlə,
"Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət mərkəzi"İB- nin sədri - Mehriban Vəzir
Azərbaycanin Mıllı Qəhramani Asıf ( Fred ) Məhərrəmov Adina Inkışaf Fondunun sədri - Məhərrəmov Ədalət
Milli Mədəniyyətin Təbliği İB-nin sədri Jalə Cəfərova
Abidələri Müdafiə Təşkilatı İB- nin sədri Faiq İsmayılov
Vətən Müharibəsi Əlilləri İB-nin sədri- Firudin Məmmədov
Qarabağ Qaziləri İB-nin sədri- Etimad Əsədov
"Xocalı Soyqırımını Tanıtma" İB-nin sədri- Şamil Sabiroğlu
"Sosial Tərəqqinin Dəstəklənməsi" İB-nin sədri - Qasım Həsənov
"Yayımların Monitorinq Mərkəzi" İB-nin sədri -Nəsimi Məmmədli
"Qlobal inteqrasiya və dialoq" İB-nin sədri - Yasəmən Mahmudova
Demokratik Təşəbbüslər İnstitutunun sədri - Akif Qurbanov
"Sosial Tərəqqinin Dəstəklənməsi" İB-nin sədri - Qasım Həsənov
Qadın Hüquqlarının Müdafiəsi İB-nin sədri Mehriban Abdullayeva
“Mədəniyyətlərin İnteqrasiyası Mərkəzi” İctimai Birliyinin sədri - Rəfail Tağızadə
"Vətəndaş təşəbbüslərinin təşviqinə yardım " İB-nin sədri Taleh Əliyev
Qazilər.az saytınln rəhbəri - Rey Kərimoğlu
Xeberdar. net saytının rəhbəri - Elman Abbasov
Conflict.az saytının rəhbəri - Bakir Həsənbəyli
"Doğma Yurda Qayıdış" İB-nin sədri-Səməd Hətəmov
Hüquq Təşəbbüsləri Mərkəzinin sədri Ziya Quliyev

QHT-lərimiz Gürcüstanın Ədliyyə nazirinə müraciət etdilər - Atəş.az

Rəy yazın