Reklam

"PEŞƏYÖNÜMLÜ TƏHSİLİN İNKİŞAFINA YARDIM" İCTİMAİ BİRLİYİ YARADILDI -Atəş.az

Reklam

Son dövrdə Azərbaycan təhsili öz inkişaf və səviyyəsinə görə inkişaf etmiş ölkələrlə bir sırada addımlayır. Bu gün ölkəmizdə təhsilin inkişafı ilə bərabər şagirdlərin peşə seçimində onlara kömək, peşəyönümündə istiqamətləndirmək üçün müəyyən işlər həyata keçirilməkdədir.
Bu günlərdə yeni yaradılan və dövlət tərəfindən təsdiq olunmuş "Peşə yönümlü təhsilə yardım” İctimai Birlik bu istiqamətdə fəaliyyət göstərməyi planlaşdırmışdır.
Müxtəlif metodik tövsiyyələrdən istifadə edilməklə aparılan peşə məsləhətləri peşəyönümü işinin ən vacib tərkib hissələrindən olmaqla şagirdlərin gələcəkdə həyatda layiqli yerlərini tutmalarına xidmət edəcək. Peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq yaradılan "Peşə yönümlü təhsilin inkişafına yardım” İctimai Birliyin rəhbəri və təsisçiləri ADPU-nun “İKT Mərkəzi”nin direktoru, dosent İlham Əhmədov və Bakı
Bakı Dövlət Universitetinin müəlliməsi ,AMEA-nın dissertantı , şairə -publissit xeyriyyəçi İradə Əlilidİr.
ictimai birliye İrade Elili sədr təyin olundu

Rəy yazın