Reklam

Kamran Abbaszadə - Vətən boyda vətəndaşam

Reklam

Dedim könlüm nə dilərsən,
Dilə gəldi: Şuşam! Şuşam!
Gözlərimdən niskil yağdı
Kirpik dedi: yaşam, yaşam!

Bu yolu yollara qatım
Mən bu dərdin daşını atım
Yuxum gəlsə harda yatım?
Qaçqın düşən vətəndaşam


Ehey! Düşmən, əlini çək
Zəfər sənə gülməyəcək
Çəmənimdə əlvan çiçək
Səngərimdə daşam, daşam!
Mən Laçınsız laçınlıyam,
Vətən boyda vətəndaşam!

Rəy yazın