
Öləndə baş daşı qoymayın mənə,
Bu dünyada başım azmı daş görüb...?
Yaralı vətənə çox ağlamışam,
Gözüm Arazdan da böyük yaş görüb...
Cənazə namazım sağkən qılınıb,
Dua əvəzinə şeir oxuyarsız...
O pis dediyiniz şeirlərimdən,
Üstümə bir dəstə çələng qoyarsız...
Bir vaxt bostanıma tulladığınız,
Daşları bəzəyib əkil düzəldin.
"Bəzəkli düzəkli" sözlərdən mənim,
Adınıza laiq şəkil düzəldin...
Neynirem gec dəyən kal qohumluğu
Yığılıb boğaza doyandan sonra
Adam yaman əziz olurmuş Allah
Başını toprağa qoyandan sonra...
Həyat nəyim varsa əlimdən aldı,
Ölüm taleyimin barı olacaq...
Gözlədim gözümün kökü saraldı,
Mənim kəfənim də sarı olacaq...
Xatirə gecəmə yığışarsınız,
Dar gündə başıma yığışmayanlar...
Ağ günü ömrümə qıymamışdınız,
Xoş günə özləri sığışmayanlar.....
Qabil Ədalət...
Rəy yazın