
Bağışladım hamını,
özüm... özümdən başqa...
Bəsləmədim heç nəyi,
dözüm... dözümdən başqa...
Yollar izimə baxmır,
Daşlar dizimə baxmır;
Heç kim sözümə baxmır,
gözüm... gözümdən başqa...
Qınamasın el məni,
Sınamıram heç kəsi...
Unudaram hər şeyi,
sözüm... sözümdən başqa...
Bakı-12.05.2020
Rəy yazın