Reklam

Aybəniz Qafarlı... Şerlər!!!

Reklam

ÖZÜ BOYDA DƏRDDİ DÜNYA

Yumşalmaqla yoxdu işi,
Niyə belə sərtdi dünya?
Mənim kimi dərd çəkənə,
Özü boyda dərddi dünya.

Varı, yoxu bilən deyil,
Azı, çoxu bilən deyil,
Sən ölsən də ölən deyil,
Özü boyda dərddi dünya

Möcüzədi başdan-başa,
Az qalır ki, ağlım çaşa,
Ürəyimmi dönüb daşa?,
Özü boyda dərddi dünya.

Dil tökməyə dilim yoxdu,
İçim yoxdu, çölüm yoxdu,
Ağlayır göy də, yer də,
Özü boyda dərddi dünya.

Kim tutacaq əlimizdən?
Ağı düşmür dilimizdən,
Oynayırlar külümüzlə,
Özü boyda dərddi dünya.

Şəhid bacım, şəhid qardaş,
Yerinizə öləydim kaş,
Başımıza düşsün bir daş,
Ozü boyda dərddi dünya.

Öcümüzü almadıq biz,
Sizi yada salmadıq biz,
Vallah zəfər çalmadıq biz,
Bizi boyda dərddi dünya.

Aybəniz Qafarlı

DÜŞÜBDÜ
Elə pərişanam, elə üzgünəm,
Yadıma dagların başı düşübdü.
Gedib Qarabagım,gedib elə bil,
Tale üzüyümün qaşı düşübdü.

Gör necə ayrıyıq o dogma yerdən,
Gecəni yatmiram qəmdən,kədərdən,
Sinəmi göynədən acı qəhərdən,
Qara gözlərimin yaşı düşübdü.

Ələnib üzümə qəm gilə-gilə,
Süzülüb didəmdən nəm gilə-gilə,
Düşübdü saçıma dən gil-gilə,
Başıma göylərin daşı düşübdü.

Əskilməz başımın dumanı- qarı,
Açılmaz baharı, gülü-gülzarı,
Ay mənim el- obam, sizlərdən ayrı,
Daha o dağların qışı düşübdü.

Elə pərişanam, elə üzgünəm,
Yadıma dagların başı düşübdü.
Gedib Qarabagım,gedib elə bil,
Tale üzüyümün qaşı düşübdü







ŞUŞA AĞLAMASIN NEYLƏSİN AXI

Şuşa ağlamasın,axı neyləsin?
Düşmən tapdağından yanır daşı da.
Vaxtsız qırov düşmüş gülə-çiçəyə,
Başından əskilmir boran,qışı da.

Mat-mütu quruyub kəklik,turacın,
Solub Xarı bülbül,hanı əlacı,
Elə xəzan vurub bağı,yamacı,
Yurdumun köksündə gəzir naşı da.

Küsməkdən də keçib qırılıb
Şuşa Daha gözləməkdən yorulub
Şuşa, Ağlayıb-ağlayıb durulub Şuşa,
Daha quruyubdu gözdən yaşı da.

Atamız,babamız gəzib bu yerdə,
Fələkmi ayrılıq yazıb bu yerdə
Əsir ruhlarımız bezib bu yerdə,
Tapmır məzarını,itib başı da.

Hanı Vüqarımız,sədaqətmi var?
Hər şey yalan olmuş,həqiqətmi var?
Cənnət Qarabağım gülüstan olar?
İşləyən düşmənin xışıdı axı.

Susub muğamım da,dinməyir tarım,
Elə talanıb ki,dövlətim varım,
Sənə qurban olum,ana torpağım,
Neynim bu Allahın işidi axı.

Aybəniz Qafarlı




MƏN AZADLIQ AŞİQİYƏM 20 !!!

Yanvar şəhidinin dilindən…
Mən azadlıq aşiqiyəm,
Xıncım-xıncım bölünmüşəm.
Qanlı yanvar gecəsində,
Al qanıma bələnmişəm,
Anıb-yanıb qovrulmuşam,
Külə dönüb sovrulmuşam,
Bu torpağa ələnmişəm...
Mən azadlıq aşiqiyəm,
Andım,sözüm vətən olub,
Görən gözüm vətən olub.
Bir ordunun qabağında,
Sinə gərib dik durmuşuq,
Silahımız yumruq olub.
Bu ölkəni köləlikdən azad edib
Mənim kimi neçə şəhid, neçə oğul...
Neçə ana fəryadından çat veribdi
Bu dünyanın daş ürəyi.
Şəhid oldum, dodağımda gülüş dondu,
Hiss etmədim, ayağımda yeriş dondu...
Xəyal etdim sevdiyimi,
“l uzatdım, vüsal dondu, görüş dondu...
Aman ,Allah, bu nə qismət,bu nə sondu?..
Bu taleyin başlanğıcı, "Qara yanvar".
Bu tarixin ilk yolçusu, mənəm,qardaş!
Güllələrdən gül açıbdı, sinəm,qardaş.
İllər üstə illər gəlir...
Qəbir qazan bu torpağı
Oyum-oyum oyur,dəlir
Karvan-karvan şəhid gəlir,
Bu qədər də qurban olmaz.
Bu torpağa fəda etdik canımızı,
Halal etdik qanımızı...
Ölmədik ki, Qarabağı verin siz də.
Axı necə yaşayırsız, oturursuz yerinizdə?..
Hanı bizim ər oğullar,
Şir ürəkli,ş nər oğullar.
Əsir düşən qəz-gəlinə,
Nədən sahib çıxmadınız,?
Namusumuz ləkələndi. çıxdı ah-aman da.
Qocaların körpələrin suçu nəydi?
Yer də,göy də bu fəryaddan
Silkıləndi, namusumuz ləkələndi...
Azadlığı qazandıq ki, itirəsiz isməti siz,
Götürəsiz töhməti siz?..
Mən azadlıq aşiqiyəm,
Ruhum burda rahat deyil.
Göy üzündə vurnuxuram...
Halal deyil bu torpaqda gəzməyiniz,
Nə havası, nə də suyu halal deyil...
Qqanımızda,canımız da
Yeriniz yox bu torpaqda, yanımızda…

Aybəniz Qafarlı



.
XARI BÜLBÜL
Ahuzarın ərşə çıxıb,
Həsrət bizi elə yaxıb,
Başın üstə şimşək çaxıb,
Açma daha , Xarıbülbül.

Qaniçənlər görəcəksə,
Əl uzadıb dərəcəksə,
Sənə əzab verəcəksə,
Açma daha, Xarıbülbül.

Mənim girov,əsir gülüm,
Bəxtiqara,yesir,gülüm,
Tumarından kəsir gülüm,
Açma daha,Xarıbülbül.

Qönçəikən solub çıx get,
Ləcəklərin yolub çıx get,
Yurda baxıb dolub çıx get.
Açma daha,Xarıbülbül.

Daşa dönək, daşa bizi,
Bağışlamaz Şuşa bizi,
Tale saldı qışa bizi,
Açma daha, Xarıbülbül

Qarabağın gözəlisən,
Eşqimizin əzəlisən,
Yorğan elə xəzəli sən,
Açma daha,Xarıbülbül.

Aybəniz Qafarlı

Rəy yazın