Reklam

Məmməd Hacızadə - O gecə qaranlıq çökmüşdü yerə ... ATƏŞ.AZ

Reklam

O gecə qaranlıq çökmüşdü yerə,
Tarix milyon kərə təkrarlanırdı..!
Bulud yaşmağını örtdü göylərə
Ulduz utanırdı,ay utanırdı.

Körpələr üstünə tank yeriyirdi,
Qanlı gölməçələr addımbaşıydı..
O soyuq gecədə buz əriyirdi,
Donan gözlərdəki acı yaşıydı!

Elə bil göylərdən od ələnirdi
O qorxunc gecədə,qorxunc axşamda.
Yardımçı həkimlər güllələnirdi
Yaralı dadına çatan məqamda.

Ərşə ucalmışdı ana fəryadı,
Hər yan dəhşət idi,hər yan ah-fəğan..
Bir namus sözüydü şəhidlik adı
Oğullar vətənçün keçirdi candan!

Azadlıq bayrağı yüksəltmək üçün
İçdilər ağını şəhidlərimiz.
Öz şəhid qanıyla suvardı o gün
Vətən torpağını şəhidlərimiz.

Xalqımın qəddini əydilər o gün,
Qıra bilmədilər iradəsini!
Xalq üçün vətəndir canından üstün,
Kimsə boğa bilməz haqqın səsini.
Məmməd Hacızadə - O gecə qaranlıq çökmüşdü yerə ... ATƏŞ.AZ

Rəy yazın