Reklam

"Hər gün Xocalıdır" - Aybəniz Qafarlı ... Atəş.az

Reklam

Bizi bağışlama əsir Xocalım

Papaq da gedibdi, baş da gedibdi,
Torpaq da gedibdi, daş da gedibdi,
Üzük də gedibdi, qaş da gedibdi,
Bizi bağışlama əsir Xocalım

Qoy daha açmasın, baharın,yazın,
Bu sənin qismətin,bu sənin yazın,
Əldən ələ keçdi gəlinin, qızın,
Bizi bağışlama əsir Xocalım

Gecənin bağrını yardı ah-aman,
Açılan sabaha qalmadı güman,
O gecə qan ilə yazıldı zaman,
Bizi bağışlama əsir Xocalım

Közərə-közərə yandı analar,
Cəhənnəm odunu sandı analar,
Şaxtadan,ayazdan dondu analar,
Bizi bağışlama əsir Xocalım

Hələ danışmağa dilimiz nə çox,
Çadırlar qurmağa elimiz nə çox,
Qisası almağa ilimiz nə çox,
Bizi bağışlama əsir Xocalım

Papaq da gedibdi, baş da gedibdi,
Torpaq da gedibdi, daş da gedibdi,
Üzük də gedibdi, qaş da gedibdi,
Bizi bağışlama əsir Xocalım


Rəy yazın