Reklam

"Hər gün Xocalıdır" - Ruslan Nadir ... Atəş.az

Reklam

"Türkəm Mən"

Mən Türkəm!Əyilməz önümə başım,
Odlar diyarının, balasıyam mən.
Qılıncdır , qalxandır mənim yoldaşım,
Mərdliyin yenilməz, qalasıyam mən.
Türkəm mən!

Elim Oğuz eli ,
Milliyətim Türk!
Yurdum Azərbaycan!
Köküm soyum Türk !
Anam Türk ,
Babam Türk,
Türk oğluyam, Türk!
Türkəm mən!

Al qana boyanan,
Al bayrağım var,
Sinəmdə döyünən, qurd ürəyim var ,
Mənim Bükülməyən,
TÜrk biləyim var,
Türkəm mən!

Bozqurdam, sözümün ağasıyam mən,
Şimşək tək gurlayıb, çaxasıyam mən ,
Dönüb Qarabağın yanan köksünə,
Yurdum ,Xocalıya yağasıyam mən!

Türkəm mən!
Türkəm mən!
"Hər gün Xocalıdır" - Ruslan Nadir  ... Atəş.az

Rəy yazın