Reklam

Qarabağ Azərbaycandır layihəsi davam edir!!!

Reklam

Bildiyimiz kimi, hörmətli Prezidentimiz cənab İlham Əliyev 27 sentyabr 2020-ci il tarixindən başlayıb 44 gün davam edən Vətən Müharibəsində rəşadətli ordumuzun, qətiyyətli Ali Baş Komandanımızın gücü hesabına qazandığımız böyük qələbədən sonra ölkəmizin bütün istedadlı gənclərinə bir hədəf göstərdi ki, böyük zəfərimizi öz əsərlərində işıqlandırsınlar. Bu bizim gələcək nəslə çatdırmalı olduğumuz igidliyimizdir. Respublikamızın bütün gənc istedadları – yazıçılar, şairlər, rəssamlar, heykəltaraşlar və s. Prezidentimizin bu çağırışına həvəslə qoşuldular. Etibar Həsənzadə də bu çağırışa qoşularaq özünün “Qarabağ Azərbaycandır” adlı fərdi layihəsinə start verdi. Və bu günədək qələbəmizlə, qəhrəmanlarımızla, şəhidlərimizlə bağlı şeirlərini aktyorlarımızın ifasında səsləndirilməsini təşkil edərək şəxsi Yutub kanalına yükləyir. Etibarın “Gözlə bizi Qarabağım”, “Qarabaq Azərbaycandır”, şəhid generalımız Polad Həşimova həsr etdiyi “General gəlir”, “Şəhidlər”, “Xudayar səsi”, “Bayrağım” və s. şeirləri xüsusilə diqqətə layiqdir. Layihə çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrimizn aprel şəhidi Emin Bağırovun həyatı haqqında yazdığı “Mən şəhid olacam, ana” kitabını da uğurlu əsər hesab etmək olar. Bu işlərindən əlavə Etibarın vətənpərvər mövzularda yazdığı bir sıra hekayələri və povestləri də var. Etibarın dediyinə görə layihə hələ davam edir.
Biz Etibarın layihəsini, ümumiyyətlə yaradıcılığını maraqla izləyirik. Bizdə uzun illərdir Qarabağ harayı ilə yaşayır, çalışır, fəaliyyət göstəririk. Etibrın layihəsi bizim işlərimizlə eyniyyət təşkil edir. Elə buna görədə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi olaraq gənc yazar Etibard Həsənzadənin Qarabağ Azərbaycandır layihəsinə dəstək verməyi özümüzə borc bildik.
15 aprel 2021-ci il tarixində Etibar Həsənzadənin fərdi layihəsi olan Qarabağ Azərbaycandır layihəsində Etibarın şerlərini təmənnasız və həvəslə səsləndirən sənət adamlarımzı təşkilatımız adından təşəkkürnamələrlə təltif etdik.
Müharibə veteranı qadınlarımız adından Etibar Həsənzadəyə yeni-yeni yaradıcılıq uğurları və can sağlığı arzu edirik.
Qələbə sevincini bizə nəsib edən şəhidlərimizin ruhu şad olsun. Allah hər birinə rəhmət eyləsin.
Qarabağ Azərbaycandır layihəsinin iştirakçılarına təşəkkür edirik.
AzTv və Mədəniyyət kanalının Kino və Dublyaj Departamentinin və Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Az. Res-nın Əməkdar artisti Cəlal Məmmədov
Mədinə Məlik
Aktyor Əydər Zeynalov
İrəvan Azərbaycan Dram Teatrının aktyoru Bəhruz Hikmətoğlu
Az. Res-nın Əməkdar artisti Sərvər Əliyev
Az. Res-nın əməkdar artisti Kəmalə Məmmədova
Rejissor Faiq Nağıyev
Rejissor Hikmət Əliyev
Bakı ş. 255 saylı tam orta məktəbin müəllimi Şəhrun Əliyeva
Az. Res-nın Əməkdar artisti Hofəl Vəliyev
Aktyor Nizami Ələkbərov
MVQSYİB-nin sədri Radə Abbas
Qarabağ Azərbaycandır layihəsi davam edir!!!Qarabağ Azərbaycandır layihəsi davam edir!!!
Qarabağ Azərbaycandır layihəsi davam edir!!!
Qarabağ Azərbaycandır layihəsi davam edir!!!
Qarabağ Azərbaycandır layihəsi davam edir!!!
Qarabağ Azərbaycandır layihəsi davam edir!!!
Qarabağ Azərbaycandır layihəsi davam edir!!!
Qarabağ Azərbaycandır layihəsi davam edir!!!
Qarabağ Azərbaycandır layihəsi davam edir!!!
Qarabağ Azərbaycandır layihəsi davam edir!!!
04/1618603158_174322066_3375802825852836_691991654270548677_n.jpg[/medium]
04/1618603114_175024047_3375801599186292_7457348317644997575_n.jpg[/medium]

Rəy yazın